Mayın 21-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə dəstəyi ilə II Beynəlxalq "Univision" tələbə mahnı müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd tələbələrin yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarətdir.
21 ölkənin qatıldığı müsabiqədə hər birindən ali və orta ixtisas təhsili müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan 1 tələbə ifaçı və 1 münsif iştirak edəcək. Müsabiqədə ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-dən 12-dək bal verəcəklər. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. Müsabiqənin qalibinə 3000, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 2000 və 1000 manat mükafat veriləcək.
Azərbaycanı beynəlxalq yarışmada ölkəmizdə keçirilən üçüncü "Univision" tələbə mahnı müsabiqəsinin qalibi, "ADA" Universitetinin tələbəsi Günay Bədəlova təmsil edəcək.
qeyd edək ki, sonda püşkatma keçirilib. Püşkatmanın nəticəsinə görə Azərbaycan II Beynəlxalq "Univision" tələbə mahnı müsabiqəsində 8-ci çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB