Kürdəmirdə Əli bəy Hüseynzadənin yubileyi qeyd edilib

Kürdəmirdə Əli bəy Hüseynzadənin yubileyi qeyd edilib

Kürdəmir şəhərindəki 3 nömrəli tam orta məktəbdə Azərbaycanın istiqlalı uğrunda mübarizənin ön sıralarında addımlamış böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 150 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, məktəbin geniş foyesində Əli bəy Hüseynzadənin əsərlərindən və eləcə də bu görkəmli şəxsiyyətə həsr olunmuş kitablardan ibarət sərgi nümayiş olunub.

Tədbirdə "Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı", "Əli bəy Hüseynzadənin milli mənəvi fikir tariximizdə rolu", "Ucundadır dilimin həqiqətin böyüyü" mövzularında məruzələr dinlənilib.

Qeyd edək ki, şagirdlərin ifasında Əli bəy Hüseynzadənin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə