Turizm müəssisələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib FOTOLAR

Turizm müəssisələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektoru tərəfindən Siyəzən və Ucar rayonlarında mədəniyyət və turizm müəssisələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib. SİA-nın verdiyi məlumata görə, müşavirələr zamanı bu rayonlarda dövlət mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyəti təhlil edilib, ətraflı fikir mübadiləsi aparılıb.

Çıxış edənlər təmsil etdikləri müəssisələrin mövcud çətinlikləri barədə məlumat verib, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.

Müşavirələrdə "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi zərurəti xüsusi vurğulanıb, mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramlarının icra vəziyyəti müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə