Şöbə müdiri Böyük Britaniyada səfərdədir

Şöbə müdiri Böyük Britaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanına uyğun olaraq 2015-ci ilin oktyabr ayında Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinə başlanılıbr. SİA-nın məlumatına görə, London şəhərində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işçi qrupunun iclasında irəli sürülmüş tövsiyələr əsasında Forumun eksperti Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial münasibətlər İnstitutunun direktoru professor Mayk Hardi ilə müvafiq yol xəritəsi hazırlanır.

2014-cü ilin 19 may tarixində BMT-nin İnkişaf və Dialoq üçün Ümumdünya Günü çərçivəsində Mayk Hardinin rəhbərlik edəcəyi Etimad, Sülh və Sosial münasibətlər İnstitutunun açılış mərasimi və BMT-nin Sivilizasiyalar Alyansının ali rəhbərinin iştirakı ilə tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edir. Səfər çərçivəsində Etimad, Sülh və Sosial münasibətlər İnstitutunun direktoru professor Mayk Hardi və Universitetin digər rəhbər şəxsləri, BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri ilə görüşlərin keçirilməsi, 2014-cü ilin avqust ayında İndoneziyanın Bali şəhərində keçiriləcək BMT-nin VI Qlobal Forumunda Bakı Prosesinin təqdimat mərasiminin təşkili və noyabr ayında Bakıda "Bakı Prosesi - Qlobal Mədəniyyətlərarası Dialoqa dəstək" mövzusunda dünyanın nüfuzlu elm xadimlərinin iştirakı ilə akademik konfransın keçirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə