Ən iri rok festivalı Bakıda

Bu ilin yayında Bakıda dünyanın ən irimiqyaslı musiqi festivallarından olan "Greenfest" rok musiqi festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalın baş sponsoru və təşkilatçısı "Tuborg" və "All Star Entertainment" şirkətləridir. Festival iyun ayında reallaşdırılacaq.

Festivalda Türkiyənin "Duman", "Mor ve ötesi", "Manqa" kimi tanınmış rok qrupları çıxış edəcəklər. "Greenfest" festivalı hər il dünyanın müxtəlif ölkələrinin böyük şəhərlərində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə