Beynəlxalq Muzeylər Günü qeyd edilir FOTOLAR

Beynəlxalq Muzeylər Günü qeyd edilir FOTOLAR

Bu gün Azərbaycanın bir çox muzeyləri Beynəlxalq Muzeylər Günü və "Avropa Muzeylər Gecəsi" münasibətilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bir araya gəliblər. SİA-nın məlumatına görə, tədbir Beynəlxalq Muzey Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Gömrük Tarixi Muzeyinin birgə dəstəyi ilə reallaşdırılıb.

İCOM-un qərarı ilə bu il Beynəlxalq Muzeylər Günü "Muzey kolleksiyaları ünsiyyət yaradır" şüarı ilə keçirilir.

Tədbirdə Azərbaycan Xalça Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Qobustan Milli Tarix Bədii Qoruğu, Səməd Vurğunun və Tahir Salahovun ev-muzeyləri, Bülbülün memorial muzeyi və digər qurumlar iştirak edirlər. Bu muzeylər səyyar ekspozisiya və müvafiq proqramları ilə təmsil olunurlar.

Gün ərzində, həmçinin məktəblilərin iştirakı ilə çoxsaylı əyləncəli-tədris və maraqlı interaktiv proqramlar, "Azərbaycan ritmləri" mahnı və rəqs ansamblının üzvlərinin ifaları təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə