Praqada keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov Çex Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüş zamanı Azərbaycan ədəbiyyatının Çex dilinə və Çex ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunması məsələsi müzakirə olunub. Firudin Qurbanov bu layihənin həyata keçirilməsinin hər iki xalqın mədəni əlaqələrinin inkişafına bu istiqamətdə əməkdaşlığa mühüm təsir göstərəcəyini qeyd edib.
Praqa Beynəlxalq Kitab Sərgisinin xüsusi buraxılışı olan "Sərgi xəbərləri" ("Fair news") qəzetində Azərbaycan haqqında iki dildə (çex və ingilis) məlumat dərc olunub. "Azərbaycan Praqada öz mədəniyyətini təqdim edir" başlığı ilə dərc olunmuş məqalədə son bir neçə ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı münasibətlərin müsbət inkişafı, hər iki ölkə arasında mədəni əlaqələrin uğurlu təbliği qeyd olunub. Eyni zamanda məqalədə Azərbaycanın sərgidə təşkil olunmuş stendi haqqında geniş məlumat verilmiş, həmçinin, Qarabağ haqqında kitabların nümayiş olunması və "BAKI-2015" Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi haqqında məlumatlar öz əksini tapıb.
Çexiya Respublikasının Parlamentinin Deputatlar Palatasının sədri və Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Yan Hamaçek də Azərbaycan stendinə baş çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB