Qaynar “Napoleon“

Tərkibi (4 pay):

1 bağlama hazır mayasız qat-qat xəmir

4 kartof

150 ml qaymaq (yağlılığı nə qədər çox olsa, yaxşıdır)

1 iri baş soğan

100 q pendir

300 q göbələk

1 dəstə göyərti

duz

istiot

2 x.q. bitki yağı

Kartofu suda bişirin. İsti-isti püre halına salın, qaymaqla qarışdırın.

Soğanı yarımhalqa doğrayıb 2-3 dəqiqə bitki yağında qovurun. Göbələyi əlavə edib suyu tam quruyanadək bişirin.

Püre ilə göbələyi qarışdırın. Xırda doğranmış göyərti, duz-istiot əlavə edin, yaxşıca qarışdırın.

Xəmiri nazik yayın, 3, yaxud 4 dördbucaqlıya bölün. 200 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin. Azca qızarmalıdır.

Hamısı bişəndən sonra bir siniyə bir korju qoyun, üstünə içi yayın, sürtgəcdən keçirilmiş pendir səpin. Beləcə, digər korjları da qoyub üzərlərinə eyni qayda ilə iç və pendir yayın. Sonuncu layın üzərinə ancaq pendir səpin.

200 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.

Bütün xəbərlər Facebook səhifəmizdə