Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubu və "AMiK" yaradıcılıq birliyinin təşkilati dəstəyi ilə Yaşıl Teatrda Azərbaycanın regional ŞHK liqasının açılışı olub.
Bakı yığması və Rusiya, Estoniya, Qırğızıstan və Qazaxıstanın ŞHK komandaları çıxış etmişlər. Bu komandalar ŞHK yüksək liqasının yarımfinalçıları, premyer-liqanın və ŞHK birinci liqasının iştirakçılarıdır. Onların arasında "Sərbəst güləş üzrə MDB yığması", "Çeçenistan Respublikası yığması", "Qırğızıstan yığması", "Estoniya yığması" və digər komandalar vardır. Gecənin aparıcısı oğul Aleksandr Maslyakov olub.
Gecədə 3 mükafat – Böyük, Orta və Kiçik kuboklar uğrunda mübarizə aparIlIr.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB