Bu gün hər kəsi səssizlikləri ilə təəccübləndirən pantomimçilərin 20 yaşı tamam olur. SİA-nın xəbərinə görə, 1994-cü ilin məhz bu günündə yaranan Azərbaycan Dövlət Pantomim Teatrı Respublikanın mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranıb və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci ildə isə "Dəli yığıncağı" Pantomim teatr-studiyasına Dövlət statusu verilib. Hazırda teatr "Azadlıq" prospekti, 49-da yerləşən köhnə "Şəfəq" kinoteatrının binasında fəaliyyətini davam etdirir.
Biz də öz növbəmizdə teatrın yaradıcı kollektivini təbrik edir, onlara yeni yaşında daha böyük nailiyyətlər arzulayırıq.
Qeyd edək ki, teatrın baş rejissoru Bəxtiyar Xanızadə, teatrın direktoru, əməkdar artist Elman Rəfiyev, aktyorları isə Bəhruz Vaqifoğlu, Nargilə Qəribova, Rafiz Mehdizadə, Elnur İsmayılzadə, Ləman Hüseynli, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Səbinə Həsəni, Ceyhun Dadaşov və başqalarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB