May ayının 20-də saat 19:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə sənət adamları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, sənətkarın çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.
Qeyd edək ki, teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB