Aydın Xan Əbilov: "Azərbayacanda multikulturalizmin çiçəklənməsi bütün dünyaya ibrətdir"
"Bilirsiniz ki, Azərbaycanda son illər multikulturalizm, mədəniyyətlərin dialoqu ilə bağlı çox önəmli beynəlxalq forumlar, tədbirlər, konfranslar keçirilib. Eyni zamanda ölkədə olan bir çox Qeyri Hökumət Təşkilatları və ictimai, dövlət qurumları mədəniyyətimizin müxtəlif tərəflərinin, istiqamətlərinin inkişaf və problemləri ilə bağlı araşdırmalar aparır, tədbirlər keçirirlər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun, "Kitabxana.net" milli virtual kitabxananın rəhbəri Aydın Xan Əbilov deyib.
O, Azərbayacanda multikulturalizmin çiçəklənməsinin və ümumiyyətlə mədəniyyət və kulturoloji dəyərlərin tolerantlıq formasının və səviyyəsinin bütün dünyaya ibrət olduğunu qeyd edib: "YUNESKO-nun, BMT-nin bir çox ali kürsülərində belə Azərbaycanda olan mədəniyyətlərarası dialoq, dinlərarası münasibət və tolerantlıq cəhətləri çox yüksək qiymətləndirilir. Məndə olan məlumata görə, hətta bir çox beynəlxalq tədbirlərdə bu təcrübə başqa ölkələrə tövsiyə olunur. Dünyanı idarə edən qüvvələr, güclər, dövlətlər sözsüz ki, maraqlıdırlar ki, öz mədəniyyətlərini inkişaf etdirsinlər və dünyaya isbat etsinlər. Azərbaycan çox qədim mədəniyyətə malik bir diyar olsa da, eyni zamanda həm dünya mədəniyyətini, həm də daxilində olan xalqların, millətlərin mədəniyyətini özündə birləşdirir və bu mədəniyyətlərin inkişafında maraqlıdır. Azərbaycan eyni zamanda, bunu format olaraq dünyaya çıxardır. Multikulturalizm müxtəlif mədəniyyətlərinin sintezindən yaranan və dünyanın ən son nailiyyətlərindən biri kimi qəbul edilir. Azərbaycanda multikulturalizm mərkəzinin yaradılması Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardığı prioritet siyasətin məntiqi nəticəsidir".
Aydın Xan Əbilov Azərbaycanda Bakı Humanitar Forumunun tez-tez keçirilən tədbirlərindən və Beynəlxalq Muğam Mərkəzinin yaradılmasın danışıb. Onun sözlərinə görə, Azərbaycan Avroviziya və digər beynəlxalq qlobal əhəmiyyətli tədbirləri çox yüksək səviyyədə keçirməklə multikulturalizmə verdiyi önəmi göstərib. Belə bir mərkəzin Bakıda yaradılmasını və onun tezliklə qlobal bir düşüncə mərkəzinə çevrilməsini arzulayırıq. Azərbaycanın dünyaya ixrac ediləsi çoxlu dəyərləri var. Buna həm dil, həm etnik mədəniyyət, həm kultroloji özəlliklər baxımından şərq və qərbin ən gözəl dəyərlərini özündə birləşdirən multikultural Azərbaycan çağdaş mədəniyyətini və ölkəmizdə yaşayan xalqların dəyərlərini nümunə göstərə bilərik. Bu baxımdan Multikulturalizm Mərkəzinin əhəmiyyəti çox böyükdür. Yaxın gələcəkdə Azərbaycanın YUNESKO tipində bir beynəlxalq kreativ düşüncə mərkəzi kimi formalaşmağını arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB