“Qisas almadan ölmə”

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası tərəfindən ekranlaşdırılan "Qisas almadan ölmə" tammetrajlı bədii film artıq təhvil verilib. Kinostudiyadan SİA-ya verilən məlumata görə, filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması və bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub.

Çəkilişləri Azərbaycan, Gürcüstan və Almaniya ərazilərində aparılmış bu ekran əsərinin ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mirqasımov, operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir.

Qeyd edək ki, ekran əsərində əsas rollarda xalq Artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə