"18 may-Beynəlxalq Muzeylər Günü" münasibətilə respublikanın bütün muzeylərində "Açıq qapı" günü elan ediləcək. İnkişaf tarixi ərzində Azərbaycan muzeyləri unikal muzey fondu formalaşdırmış və milli mədəni və təbii irsin mühafizəsi və populyarlaşdırılması sahəsində əvəzsiz təcrübə toplayıblar. SİA-nın məlumatına görə, mövcud ənənələri qoruyaraq muzey işində müasir innovasiyalardan istifadə edən Azərbaycan muzeyləri yüksək beynəlxalq nüfuz qazanıblar. Hər il olduğu kimi, bu il də 18 may Beynəlxalq Muzeylər Günü ərəfəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə respublika muzeylərində müxtəlif tədbirlərin təşkili və Fransanın Mədəniyyət və Komunikasiya Nazirliyinin çağırışına qoşularaq "Muzeylər Gecəsi" aksiyasında iştirak nəzərdə tutulub.
16 May tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Bakı şəhərinin və yaxın rayon muzey və qoruq muzeylərinin və əlaqəli təşkilatların iştirakı ilə təntənəli bayram tədbiri keçiriləcək. İlk dəfə olaraq Azərbaycan Muzeyləri İnformasiya bülleteninin birinci nömrəsi təqdim olunacaq. Muzey fondlarında qorunub saxlanılan eksponatların köynək və hel şarları üzərində hazırlanmış reproduksiyaları iştirakçılara paylanacaq. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı çıxış edəcək. "British petrolium" neft şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən elan edilmiş "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqənin nəticələrinə görə mükafatların təqdimatı və müsabiqə iştirakçılarının fotolardan ibarət sərgisi nümayiş olunacaq.
17 may səhər saat 10:00-dan gecə saat 01.00-dək Qala Qoruğu Arxeoloji Etnoqrafik Muzey Kompleksində "Muzeylər Gecəsi" aksiyasında Bakı və digər region muzeylərinin iştirakı ilə geniş bədii, musiqili, əyləncəli tədbirin keçirilməsi, qoruğun sahəsi üzrə müxtəlif muzeylərin səyyar sərgilərinin təqdimatı nəzərdə tutulub. Aksiya çərçivəsində bütün respublika muzeylərində "Açıq qapı" günü elan ediləcək. Muzeylərin iş vaxtı gecə saat 01:00-dək uzadılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB