"Ümumi Mədəni İrs Şəhərləri" layihəsi üzrə ekspertlərin Azərbaycan səfəri başa çatıb FOTOLAR
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsi üzrə "Ümumi Mədəni İrs Şəhərləri" adlı layihəsinin ekspertləri (tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və turizm üzrə mütəxəssis Tərlan Quliyev) Azərbaycan Respublikasının Ağsu, Qəbələ, Şamaxı, Şəmkir və Gəncə şəhərlərində mədəni turizm potensialının araşdırılması məqsədilə səfərdə olublar. SİA-nın məlumatına görə, layihəyə uyğun olaraq, ekspertlər Bakı-Qəbələ-Şamaxı-Gəncə-Şəmkir-Ağsu-Bakı istiqamətində hərəkət edərək Azərbaycanın türk-islam mədəniyyətinin (Ərəb xilafəti, Şirvanşahlar, Şəddadilər, Səlcuqlu, Elxani, Cəlair, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar və Osmanlı dövlətlərinə məxsus) izlərini daşıyan 5 şəhərində 50-yə qədər tarixi abidə, bu bölgələrin islam mədəniyyəti və tarixi irsi ilə yerindəcə tanış olublar. Türkiyədə olduğu kimi, bu şəhərlərdə xüsusilə qala-şəhər hissələrində arxeoloji tədqiqatların davam etdiyini və önəmli tapıntıların olduğunu nəzərə alan ekspertlər araşdırma və təhlillərlə yanaşı, arxeoloji abidələr və onların turizm baxımından əhəmiyyəti ilə bağlı sorğular da keçiriblər. Səfər zamanı peşəkar fotoqraf tərəfindən fotolar çəkilmiş, geniş fotobank yaradılıb. Müvafiq dövlət qurumları, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələrinin rəhbərləri və əməkdaşları, ekspert qrupuna yaxından kömək etmiş, onların müvafiq nəşrlər və məlumatlarla təmin edilməsinə köməklik göstəriblər.
Səfərin yekunu olaraq, ekspertlər tərəfindən daha əvvəl toplanmış və səfər zamanı əldə olunmuş araşdırma materialları birləşdirilərək Azərbaycan Respublikasının arxeoloji-mədəni turizm potensialına dair hesabat hazırlanacaq.
Birinci mərhələnin davamı olaraq, iyun ayında Qazaxıstan və Özbəkistan Respublikalarının arxeoloji turizm potensialı olan mədəni irs şəhərlərində də oxşar araşdırmalar aparılacaq.
Qeyd edək ki, sözü gedən Layihə İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Layihə Dövrünün İdarəedilməsi sistemi çərçivəsində Komitənin maliyyə dəstəyi ilə həyata keçirilir və COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.
The "Cities of Common Cultural Heritage" project (2013-AZETOURI-043) funded by the COMCEC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB