Şahzadə Yelizaveta adına musiqi müsabiqəsinin laureatı Bakıda çıxış edib
Heydər Əliyev Sarayında VII Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində SSRİ Xalq Artisti, dirijor Yuri Temirkanovun rəhbərliyi altında Sankt-Peterburq Filarmonik Orkestrinin konserti keçirilib. SİA-nın məlumatına görə, konsertin solisti Şahzadə Yelizaveta adına musiqi müsabiqəsinin laureatı, pianoçu Denis Kojuxin olub.
Proqramda dünya şöhrətli bəstəkar L.Bethovenin əsərləri səsləndirilib.
Rusiyanın ilk simfonik orkestri olan Sankt-Peterburq Filarmonik Orkestri dünyanın ən yaxşı 20 orkestri sırasında yer alaraq Avropa, Asiya, Amerikada qastrol səfərlərinə çıxır, nüfuzlu musiqi festivallarında iştirak edir.
Sankt-Peterburq Filarmonik Orkestrinin baş dirijoru Yuri Temirkanov bu gün dünyanın ən şöhrətli dirijorlarından biridir. Onun rəhbərliyi ilə orkestr dünyanın ən nüfuzlu festivallarında və məşhur konsert zallarında bütün rus klassiklərinin əsərlərini ifa etmiş, bir çox mükafatlara və fəxri adlara layiq görülüb.
Denis Kojuxin 2010-cu Brüsseldə Şahzadə Yelizaveta adına musiqi müsabiqəsində qələbə qazandıqdan sonra xarici ölkə səhnələrində və dünyanın nüfuzlu festivallarında və konsert zallarında çıxış etməyə başlayıb.
Hazırda o, bir sıra orkestrlərlə birgə çıxış edir. Həmçinin kamera musiqiçi kimi də fəaliyyət göstərərək bir çox musiqiçilərlə əməkdaşlıq edir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festival mayın 18-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB