Bu günün tarixi

Miladi: 15 may 2014

Hicri: 16 Rəcəb 1434

İlin 135-ci günü

İlin sonuna 230 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:03

Günəş – 06:25

Zöhr – 13:40

Əsr – 18:12

Məğrib – 21:03

İşa – 22:39

1718 – Londonlu vəkil Ceyms Pukle pulemyotu ixtira edib.

1862 - Avstriyalı yazıçı Artur Şnitsler anadan olub.

1890 - Amerikalı yazıçı Ketrin Enn Porter anadan olub.

1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.

1922 - Bəstəkar Rauf Hacıyev anadan olub.

1926 – Son Osmanlı padşahı Sultan Mehmed Vahiduddin İtaliyanın San Remo şəhərində vəfat edib.

1926 - İngilis dramaturqu Piter Şaffer anadan olub.

1928 – Uolt Disneyin yaratdğı Miki Mouse obrazı ilk dəfə cizgi filmində nümayiş olunub.

1937 - Amerikalı siyasətçi Madlen Olbrayt anadan olub.

1944 - Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Əbdül Mahmudov anadan olub.

1957 – Sovet İttifaqı "Sputnik-3" peykini fəzaya göndərib.

1970 - Futbolçu Frank Bur anadan olub.

1980 - Müğənni Anastasiya Slavenskaya anadan olub.

1988 – Sovet ordusu Əfqanıstandan çıxmağa başladı.

1992 - Azərbaycanda növbəti "konstitusion" çevriliş baş verib. Ali Sovetin A.Mütəllibovu prezident postunda bərpa etmək barədə qərarına (14 may) etiraz olaraq "Konstitusiyanın müdafiəsinə" qalxan Xalq Cəbhəsi ölkədə hakimiyyəti ələ alıb. A.Mütəllibov Moskvaya qaçıb.

2000 - AŞPA-nın Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi Cak Bomelin (Fransa) hesabatı dinlənilib və ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı ilkin müsbət rəy verilib.

2004 – Ukraynalı müğənni Ruslana İstanbulda keçirilən 49-cu "Eurovision" mahnı müsabiqəsinin qalibi oldu.

2005 - Avropa Şurasının Varşavada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti görüş olub.

2011 – Azərbaycanlı müğənnilər Eldar Qasımov və Nigar Camal Düsseldorfda keçirilən 56-cı "Eurovision" mahnı müsabiqəsinin qalibi oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə