Azərbaycanın xalq artisti Alim Qasımovun Tehrandakı konsert proqramı baş tutub. SİA-nın məlumatına görə, konsertdə İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlı musiqi həvəskarları iştirak ediblər.
Tehran Beynəlxalq Sərgi Mərkəzinin "Milad" salonunda baş tutan konsertin təşkilatçısı təbrizli şair Xosrov Sərtpi olub.
A.Qasımov yenidən İranda konsert proqramı ilə çıxış etdiyinə görə çox sevincli olduğunu diqqətə çatdırıb: "Bəzən insan qocaldığını hiss edəndə səsinin də tükəndiyini düşünür. Lakin bu gecə buraya toplaşan insanların bizim işimizi belə yüksək qiymətləndirdiyini və ürəkdən bizi alqışladığını görəndən sonra sonsuz dərəcədə sevinirəm".
Qeyd edək ki, A.Qasımov mayın 20-dən 29-dək Təbriz və Ərdəbil şəhərlərində də silsilə konsertlər verməyi planlaşdırır.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB