Xalq şairi Səməd Vurğunun ev-muzeyində "Səməd Vurğun irsinə Ulu Öndərin qayğısı" mövzusunda anma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər çiçəklər qoyulub.
Sonra mərasim iştirakçıları unudulmaz şair Səməd Vurğunun məzarını ziyarət etmiş, üzərinə tər çiçəklər düzüblər.
Qeyd edək ki, anma mərasimi şairin ev-muzeyində davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB