Mayın 15-də "Kapelhaus" Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində "Almaniya bir rəssamın gözü ilə" rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi iyunun 7-dək davam edəcək.
Qeyd edək ki, artıq 7-ci dəfədir keçirilən müsabiqə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyi, "Qız Qalası" incəsənət, "Berlin-Bakı" rəsm qalereyalarının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, "AGBank"ın və "Standard İnsurance" şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB