C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında "Motivlər..." kinoalmanaxının çəkilişləri başa çatıb. SİA-nın məlumatına görə, kinoalmanax 5 qısametrajlı filmdən ibarətdir.
Bu qısametrajlı filmlər xaricdə kino təhsili almış beş azərbaycanlı gənc tərəfindən ekranlaşdırılıb.
"Motivlər..." kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsində "Adari Films" tərəfindən təqdim olunub və qalib layihə kimi təsdiqlənib. Kinoalmanax layihədə iştirak edən gənc rejissorlar daha əvvəl müstəqil fəaliyyət göstərərək bir sıra beynəlxalq nailiyyətlərə imza atıblar.
Qeyd edək ki, kinoalmanaxa "20-ci mərtəbə", "Qonşu qadın", "Dmitriyev küçəsi, ev 86", "Bazar günü" və "Zabitin şərəfi" qısametrajlı filmləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB