Mayın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Azərbaycanın əməkdar artisti, Balet artistlərinin beynəlxalq müsabiqəsinin laureatı Çinara Əlizadə və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kərim Abdullinin iştirakı ilə A.Adanın "Jizel" baletinin tamaşası keçiriləcək.
Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, yaradıcılığı Bakı tamaşaçılarına yaxşı məlum olan moskvalı həmyerlimiz Çinara Əlizadə növbəti dəfə onu sevənlər qarşısında çıxış etmək üçün şəhərimizə gəlir.
Qeyd edək ki, Ç.Əlizadə Böyük Teatrın tarixində onun balet truppasında çıxış edən ilk azərbaycanlıdır. Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi Çinara Əlizadə ilə sıx yaradıcılıq əlaqələri saxlayır və onu hər il Bakıda çıxış etmək üçün qastrola dəvət edir. Onun "Qu gölü", "Don Kixot", "Jizel" kimi klassik balet tamaşalarında yüksək professionallıqla ifa etdiyi aparıcı partiyalar baletsevərlər və teatr tənqidçiləri tərəfindən çox sevilir və hər zaman yüksək qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB