Azərbaycanda ilk dəfə “Avatar” filmi 3D formatında təqdim edilir

Azərbaycanda ilk dəfə “Avatar” filmi 3D formatında təqdim edilir

"Park Cinema" kinoteatrlar şəbəkəsi ilk dəfə "Avatar" fantastik blokbasterini 3D formatında Azərbaycan tamaşaçılarına təqdim edəcək. "Park Cinema" kinoteatrlar şəbəkəsindən SİA-ya verilən məlumata görə, istedadlı rejissor Ceyms Kemeronun möhtəşəm yaradıcılıq əsəri olan və kino tarixində yeni səhifə açan "Avatar" filmi hələ 2009-cu ildə geniş tamaşaçı kütləsinin ixtiyarına verilib. Lakin o vaxt Azərbaycanda 3D formatlı filmləri nümayiş etdirə bilən kinoteatrlar olmadığı üçün ölkəmizdə kinosevərlər çəkilişlərin əzəmətliliyini və texniki imkanların filmə qatdığı qeyri-adi imkanların miqyasını hiss edə bilməyiblər.

Diqqətə çatdırılıb ki, həmin vaxt "Avatar" filminə 2D formatında baxmaqla kifayətlənən azərbaycanlı kinosevərlər yenə də filmi bəyəniblər. Bu gün isə "Park Cinema" izləyiciləri 162 dəqiqə heyrət doğuran səhnələr, heyranedici xüsusi effektlər, mükəmməl operator işi və montaj, dərin və müfəssəl səslə təmin edəcək.

Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və "Facebook" sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə