“Miss Globe İnternational” yerli seçim turuna start verilib

“Miss Globe İnternational” yerli seçim turuna start verilib

Bakıda əsrarəngiz "Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib. SİA-nın məlumatına görə, yarışmaya may ayının 16,17 və 18-i sənədlərin qəbulu aparılacaq. Dünyaca məşhur müsabiqənin 89-cu finalında iştirak etmək üçün "Miss Globe Azerbaijan" yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə əmin olan 18-25 yaş arası subay qızlar qatıla bilər. Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq gərəkdir.

25.05.2014 tarixində isə nüfuzlu münsiflərin seçimi ilə "Miss Globe İnternational- Azerbaycan" adına layiq görüləcək iştirakçının adı məlum olacaq.

Qeyd edək ki, müsabiqə iyunun 21-də Chrystall Hall-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə