“Cəngi” caz qrupu Fransada qastrol səfərindədir

“Cəngi” caz qrupu Fransada qastrol səfərindədir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupu may ayının 11-15-dək Fransada qastrol səfərindədir. SİA-nın məlumatına görə, qrupun may ayının 12-də Reyms şəhərində, 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində, 14-də isə Parisin "Oratoire du Louvre" kilsəsində konsertləri nəzərdə tutulub. Qrup etno-caz layihəsi ilə çox maraqlı konsert proqramı hazırlayıb. Qrupun üzvləri Arzu Həsənli (vokal), Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynzadə (piano), Coşqun Sadıqov (tütək, balaban), Kamran Kərimov (nağara), Ruslan Hüseynov (bas gitara), İsgəndər Ələsgərov (zərb alətləri) və Mircavad Cəfərovdur (ud). Konsert proqramına 13 kompozisiya daxil edilib. H.Rzayev "Cahargah Rapsodiyasi", Q.Qarayev "2 nömrəli prelüd", Motsart "8 nömrəli sonata", S.Kərimi "Ömrümün istəyi" və "Güllü qafiyə" kimi kompozisiyaları ilə "Cəngi" caz qrupu Fransa tamaşaçıları qarşısında çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə