Mayın 17-də Avropada "Muzeylər gecəsi" mədəni-maarif aksiyası keçiriləcək. SİA-nın məlumatına görə, aksiyaya müxtəlif ölkələrin iri muzeyləri, sərgi salonları və qalereyaları cəlb olunacaq. Bu aksiyaya qoşulan muzeylərin sayı ilbəil artır.
"Muzeylər gecəsi" mayın 17-də Avropada səyahətdə olanlara bir gecədə bir neçə muzeydə olmaq kimi unikal imkan verəcək.
İri şəhərlərdə muzeylərə gedənlərin rahatlığını təmin etmək üçün sərgi salonları arasında şütüyən xüsusi şattl-avtobuslar təşkil ediləcək.
Qeyd edək ki, aksiya çərçivəsində muzeylərin çoxu pulsuz olacaq. Bundan əlavə, bəzi şəhərlərdə vahid biletlər satılacaq. Aksiya dünya üzrə bir neçə min mədəniyyət müəssisəsini birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB