Akademik Opera və Balet Teatrının sənətçiləri Qazaxıstana qastrol səfərinə dəvət olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Qazaxıstanın görkəmli bəstəkarı, SSRİ Xalq Artisti Erkeqali Raxmadiyevin "Alpamıs" operası böyük müvəffəqiyyətlə səhnəyə qoyulub. Opera və Balet Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu layihənin davamı olaraq tamaşa mayın 17-də Qazaxıstanın paytaxtı Astanada nümayiş olunacaq.
Tamaşada iştirak etmək üçün TÜRKSOY-un rəhbərliyi tərəfindən Opera və Balet Teatrının bir qrup sənətçisi Astanaya dəvət olunublar. Onlar "Alpamıs" operasının tamaşasında əsas partiyaları ifa edəcəklər.
Səhnə əsərində Azərbaycanlı sənətçilərlə yanaşı, Astana Dövlət Operasının orkestri və xoru iştirak edəcək. Orkestri gənc və istedadlı dirijor, beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Qeyd edək ki, tamaşada TÜRKSOY-un baş katibi Düsen Kaseinovun, habelə türkdilli ölkələrin mədəniyyət nazirlərinin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB