Avropa Delfi Oyunlarında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər

Avropa Delfi Oyunlarında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər

Rusiya Federasiyasının Volqaqrad şəhərində Gənclər arasında I Avropa Delfi Oyunları keçirilib. SİA-nın məlumatına görə, incəsənətin müxtəlif sahələrini əhatə etməklə 20-dən artıq nominasiya üzrə keçirilən oyunlarda 26 ölkədən, o cümlədən Rusiya Federasiyasının subyektlərindən təxminən 2500 gənc iştirak edib. Xalq Çalğı Alətləri nominasiyasi üzrə Bakı şəhər Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin məzunu Rza Məmmədli (balaban) ikinci yerə, Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin şagirdi Sədəf Abdullazadə (kanon) üçüncü yerə, Təsviri incəsənət nominasiyası üzrə DA ART rəsm studiyasının üzvü Cavidan Əhmədov xüsusi diploma layiq görülüb. Delfi Oyunlarının müsabiqə və festival proqramları, habelə təntənəli açılış və bağlanış mərasimindən reportajlar "Rossiya 1", "Kultura" televiziya kanallarında habelə Rusiyanın digər mərkəzi qəzetlərində işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə