Sənət yoldaşları Xanım Qafarovanı təbrik etdi FOTOLAR

Sənət yoldaşları Xanım Qafarovanı təbrik etdi FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi respublikanın əməkdar artisti Xanım Qafarovanı ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarətin məqsədi, aktrisanı doğum günü münasibətilə təbrik etmək olub.

Teatrın rəhbərliyi, aparıcı aktyorları, eləcə də gənclərin bu əlamətdar tarixdə Xanım Qafarovanı xatırlaması, uzun zamandır ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi, mənəvi kömək olub.

"Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Özəlliklə gənclərin ziyarətini mən, sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm" - deyə bildirən aktrisa, həmkarları ilə növbəti görüşün səhnədə olması arzusunu dilə gətirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə