Nazir müavini: "Azərbaycandakı abidələrin vəziyyəti bizi qane etmir"
Azərbaycandakı abidələrin vəziyyəti bizi qane etmir. Bu sözlər jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib: "Dövlət tərəfindən mühafizə olunan tarixi abidələrin yarısından çoxunun təmirə ehtiyacı var. Ölkəmizdə çoxlu sayda abidələr var. 7 mindən çox abidə dövlət tərəfindən mühafizzə olunanların siyahısına daxil olub. Onların çoxunun təmirə ehtiyacı var. Bu gün yeni aşkarlanmış abidələrimiz də mövcuddur. Onların da sayı artaraq 2 minə yaxınlaşır. Bu sayda abidəni eyni vaxtda və qısa müddətdə təmir və bərpa etmək, onları qoruyub saxlamaq dövlət üçün çətin problemdir. Ümumiyyətlə, son illərdə tarixi abidələrin bərpası, qorunub saxlanması istiqamətində böyük işlər görülüb. Azərbaycanda tarixi abidələrə gündəlik qayğı göstərilir. Bir çox bölgələrdə tarixi abidələrə münasibət kökündən dəyişib. Onu da diqqətinizə çatdırım ki, bəzi evlərin, binaların, ofislərin özəlləşdirilməsi nəzərdə tutulub. Amma özəlləşdirən tərəflə müqavilə bağlanacaq ki, həmin abidələrin qorunması, tarixiliyinin itirilməməsi təmin olunsun. Azərbaycanda aparılan böyük quruculuq işləri tarixi abidələrin siyahısına yenidən baxmaq imkanı verir. Elə abidələr vardır ki, tarixilik baxımından onların siyahıya salınması düzgün deyil. Məsələn, kimsə yüz il əvvəl bir ev tikib, amma tarixilik baxımından o qədər də əhəmiyyət kəsb etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB