Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində "Bir millət, iki dövlət" mövzusunda rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi bu ali təhsil müəssisəsinin muzey-sərgi kompleksi və Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Kadıköy Sənətçilər Dərnəyinin birgə təşəbbüsü ilə reallaşdırılıb.
Dostluq sərgisində Kadıköy Sənətçilər Dərnəyinin rəhbəri Perihan Baykalın və təşkilatın digər rəssam üzvlərinin - Erendiz Timuroğlunun, Müge Denizerin, Birim Bozokun, Başak Tiryaki Nakipin, İlhan İşbaşının, Esra Bilonun, Aysun Öncünün, Evşen Tüylünün, Hatice Çecelinin, Süheyla Tuncayın və Gönül Sezerin müxtəlif əsərləri təqdim olunur.
Sərgilənən əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də bu rəsmlərdə Azərbaycanın mənzərəsi, tarixi və memarlıq abidələrini əks etdirən süjet xətti də yer alıb.
Qeyd edək ki, Kadıköy Sənətçilər Dərnəyi 2000-ci ildə yaranıb. Dərnəyin tərkibində fəaliyyət göstərən qalereya qurumun üzvlərinin xarici ölkələrdə sərgilərini də təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB