Dünyanın məşhur "Səs" ("The voice") lahiyəsinin Ukrayna versiyasında iştirak edən azərbaycanlı Vaqif Nağıyev yarışmanın final mərhələsinə yüksəlib. SİA-nın məlumatına görə, Ukraynanın "Qolos kraini" şousunun "nokaut" mərhələsində Xarkovda yaşayan azərbaycanlı - əslən Bakıdan olan 18 yaşlı Vaqif Nağıyev digər ifaçı Anyanya Udoqvo ilə yarışmada qalib adını qazanıb.
Bir qədər əvvəl Vaqif Nağıyev tərkib heyətinə Sergey Lazarev, Ani Lorak, Tamara Qverdçiteli və Svyatoslav Vakarçukun daxil olduğu münsiflər heyətinin qarşısında Müslüm Maqomayevin repertuarından "Sinyaya veçnost" mahnısını təqdim edib. Onun ifası ulduz münsifləri məftun edib.
"Nokaut" mərhələsində Vaqif Nağıyev "Bee Gees" qrupunun meqahiti olan "Stay alive" mahnısını ifa edib.
Qeyd edək ki, Tamara Qverdçiteli layihəni tərk edib və onun yerini şair Yuri Rıbçinski tutub. Vaqif və Anyanyanın çıxışlarını möhtəşəm adlandıran Yuri Rıbçinski sonda azərbaycanlı müğənninin qalib olduğunu elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB