Mayın 16- da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində 12 gənc həvəskar rəssamın "İşdən sonra" adlı sərgisi açılacaq. SİA-nın məlumatına görə, bu həvəskar rəssamların ilk sərgisidir. Onlar bu sərgidən sonra yeni sərgilərlə sənətsevərlərin qarşısına çıxmaq niyyətindədirlər. İncəsənət sahəsi ilə əlaqəsi olmayan bu qrupun üzvlərini sənət sevgisi birləşdirir.
Onlar mənzərə, abstrakt, portret və digər rəngarəng janr və üslublarda çəkdikləri əsərlərlə hər kəsin zövqünü oxşamağa çalışacaqlar. Gənclər öz hisslərini ifadə etmək üçün kətan üzərində yağlı boya, akvarel, şüşə üzərində boya, qələm və başqa üsullardan istifadə edirlər.
Sərgidə dəniz mənzərələri, natürmort, daha çox qadın obrazları ilə səciyyələnən qrafik əsərlər nümayiş olunacaq.
Qeyd edək ki, sərgi mayın 18-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB