Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd ediləcək

Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd ediləcək

Musiqişünas və bəstəkar, xalq artisti, "Şöhrət" ordenli Ramiz Zöhrabovun 75 illik yubiley gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, gecədə R.Zöhrabovun həyat yolu və Azərbaycan musiqi elminə verdiyi dəyərli töhfələrdən söz açılacaq.

Tədbirdə F.Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət mahnı və rəqs ansamblı, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri çıxış edəcək.

Gecəni bədii rəhbər və baş dirijor, xalq artisti Ağaverdi Paşayev idarə edəcək.

Qeyd edək ki, yubiley gecəsi mayın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə