60-cı "Eurovision" müsabiqəsi Avstriyada keçiriləcək

60-cı "Eurovision" müsabiqəsi Avstriyada keçiriləcək

Danimarkada keçirilən "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi Avstriya olub. Səsvermənin nəticəsinə əsasən, o, 290 xal toplayıb.

SİA-nın məlumatına görə, Azərbaycanı müsabiqədə təmsil edən Dilarə Kazımova 33 xalla 21-ci olub. O, isveçli Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını təqdim edib.

Azərbaycana yüksək xallar San-Marino (12) və Rusiyadan (10) gəlib. Azərbaycan isə 8 balı Macarıstana, 10 balı Ukraynaya, 12 balı Rusiyaya verib.

Müsabiqədə 2-ci yeri 238 xalla Niderland, 3-cü yeri isə 218 xal toplayan İsveç təmsilçisi tutub.

Qeyd edək ki, final mərhələsində 59-cu "Eurovision" mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə