“Əbədi ər” romanının təqdimatı olub

“Əbədi ər” romanının təqdimatı olub

"Zero" kitab mağazasında böyük rus yazıçısı Fyodor Dostoyevskinin Bakıda Azərbaycan dilində yeni nəşr olunmuş "Əbədi ər" romanının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə yeni nəşri və kitabxanadakı digər kitabları alan hər kəsə 20 faiz endirim tətbiq edilib.

Əsərləri bütün dövrlərdə maraqla oxunan Fyodor Dostoyevskinin "Əbədi ər" romanında qəzəb və nifrətin sevgini necə məhv etdiyi göstərilir. Ancaq bütün bunlar o demək deyil ki, nifrət güclü, sevgi isə zəifdir. Romanı oxuyanlar pis əməllərin və günahın son nəfəsədək insanın yaxasını buraxmamağının, yaddaşına əzab verməsinin, dost xəyanətinin mahiyyətinin acıqlandığını görə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə