Heydər Əliyevin 91-ci ildönümü münasibətilə Naxçıvan şəhərində bayram konserti keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində bayram konserti olub. SİA-nın məlumatına görə, tədbirin aparıcıları müstəqil adı Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi yazılan Ümummilli Liderimizin keçdiyi şərəfli ömür yolundan danışlar. Bildirilib ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi tərəqqi yoluna çıxarmış, dövlət müstəqilliyimizi möhkəmləndirmiş, Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün fəxrlə deyirik ki, Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycanı işıqlı gələcəyə aparır.
Qeyd olunmuşdur ki, Ulu Öndərin ömür yolu və əməli fəaliyyəti, zəngin elmi-nəzəri irsi tükənməyən bir xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir. Odur ki, hər bir azərbaycanlı bu xəzinənin qədrini və dəyərini yaxşı bilir. Vurğulanmışdır ki, bu gün Ümummilli Liderimizin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Konsert proqramında Naxçıvan qarnizonunun hərbi orkestrinin ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, mayın 10-da muxtar respublikanın bütün rayon mərkəzlərində də ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə möhtəşəm bayram tədbirləri keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB