Dilarə Kazımova üçüncü nömrə altında uğurla çıxış edib

Dilarə Kazımova üçüncü nömrə altında uğurla çıxış edib

Azərbaycanın "Eurovision 2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın final mərhələsində üçüncü nömrə altında uğurla çıxış edib.

Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını təqdim edib.

Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur, insanlar bir-birinə, ətrafındakılara qarşı daha duyğulu olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.

Dilarə Kazımova İctimai Televiziya və Radio Yayımları Şirkətində yayımlanan "Böyük səhnə" layihəsinin qalibi olub və ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə