Qırğızıstanın Respublika Kitabxanasına Azərbaycan haqqında kitablar təqdim olunub

Qırğızıstanın Respublika Kitabxanasına Azərbaycan haqqında kitablar təqdim olunub

Qırğızıstanın paytaxtı Bişkekdəki Kasımali Bayalinov adına Uşaq və Gənclər Respublika Kitabxanasına Azərbaycan haqqında 2000-dən artıq kitab təqdim olunub.SİA-nın məlumatına görə, məqsəd Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələrin genişləndirilməsi çərçivəsində qırğız oxucuları azərbaycanlı müəlliflərin yeni əsərləri ilə tanış etməkdir. Ədəbiyyatın kitabxanaya təqdim olunması mərasimində Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov, Azərbaycan icmasının üzvləri, yerli şair və yazıçılar, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən hədiyyə edilən kitablar əsasən Azərbaycan tarixi, ədəbiyyatı, ümummilli lider Heydər Əliyev, tanınmış qırğız yazıçısı Çingiz Aytmatov haqqındadır. Qırğız və rus dillərində olan bu ədəbiyyatın respublikanın bütün regionlarındakı kitabxanalara paylanması nəzərdə tutulub.

Qeyd edək ki, Kasımali Bayalinov adına Uşaq və Gənclər Respublika Kitabxanası və Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən təşkil olunan mərasim çərçivəsində kitab sərgisi də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə