15-17 may tarixində Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar ("CIBS" 2014) sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, Kater və Yaxtalar sərgisi ən nüfuzlu istiqamətlərdən biri - yaxta idmanı və su-idman növləri / əyləncələri sənayesinə bu və ya digər şəkildə aidiyyəti olan şəxslər üçün nəzərdə tutulmuş maraqlı, əyləncəli və peşəkar tədbirdir. "CIBS" 2014 sərgisi peşəkar mütəxəssislər, həvəskarlar və sərgi ziyarətçilərinə fəal istirahət üçün su-motor texnikası məhsullarını və onları müşayiət edən malları təqdim edəcək. Sərgidə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Kanada, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveçrə və Yaponiyanın nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, iştirakçılar siyahısında "Alfa Marine", "Baku Marine", "Cantiere Nautico Cranchi", "Eitec International AB", "Megisti Blue Yacht Chartes LTD", "MT-Caspian", "Plus Marine", "Polar Marine", "S2 Sport Sicurezza" və s. bu kimi şirkətlər yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB