Bu günün tarixi

1497-ci ildə Ameriqo Vespuçi İspaniyanın Cadiz şəhərindən "Yeni dünya"nı kəşf edəcəyi səyahətə başlayıb.

1503-cü ildə Xristofor Kolumb Kayman adalarına çatıb və dəniz tısbağalarının çoxluğu səbəbilə bu yerə "Las Tortugas" deyib.

1799-cu ildə Cəzzar Əhməd Paşanın komandiriliyndə olan Osmanlı ordusu Akkada Napaleon Bonabartın ordusunu məğlub edib.

1879-cu ildə Azərbaycanın ilk hərbi naziri Xosrov bəy Sultanov dünyaya gəlib.

1914-cü ildə Azərbaycanın dövlət xadimi Əliş Ləmbəranski anadan olub.

1923-cü ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982), Azərbaycan Respublikasının prezidenti (1993-2003) Heydər Əliyev anadan olub.

1937-ci ildə şair Musa Yaqub anadan olub.
.
1937-ci ildə texnika elmləri doktoru, professor Zülümxan Musayev dünyaya gəlib.

1941-ci ildə 550 alman qırıcı təyyarəsi Londonu bombardıman etdi. Təxminən 1 400 nəfər həlak oldu.

1956-cı ildə məşhur tele-aparıcı, Rusiya İctimai televiziyasının direktoru Vladislav Listyev anadan olub.

1973-cü ildə futbolçu Mahmud Qurbanov dünyaya gəlib.

1973-cü ildə türk futbolçusu Rüştü Rençber dünyaya gəlib.

1982-ci ildə güləşçi Fərid Mansurov anadan olub.

2001-ci ildə Azərbaycanın əməkdar jurnalisti Sona Bağırova vəfat edib.

2004-cü ildə "Heydər Əliyev" fondu yaradılıb .

2010-cu ildə Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal seks kaseti qalmaqalı səbəbilə vəzifəsindən istefa verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə