Bu gün “Eurovision 2014” müsabiqəsinin final mərhələsi keçiriləcək
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə "Eurovision 2014" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, finalda 26 ölkə iştirak edəcək.
Bunlar Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniyadır.
Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib.
Azərbaycanın builki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımova "Start a fire" mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edərək finala vəsiqə qazanıb.
Final konsertində ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB