“Bir millət, iki dövlət” mövzusunda rəsm sərgisi açılacaq

“Bir millət, iki dövlət” mövzusunda rəsm sərgisi açılacaq

Mayın 12-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində "Bir millət, iki dövlət" mövzusunda rəsm sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi bu ali təhsil müəssisəsinin muzey-sərgi kompleksi və Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən "Kadıköy Sənətçilər Dərnəyi"nin birgə təşəbbüsü ilə reallaşdırılacaq.

Dostluq sərgisində "Kadıköy Sənətçilər Dərnəyi"nin rəhbəri Perihan Baykalın və təşkilatın digər rəssam üzvlərinin - Erendiz Timuroğlunun, Müge Denizerin, Birim Bozokun, Başak Tiryaki Nakipin, İlhan İşbaşının, Esra Bilonun, Aysun Öncünün, Evşen Tüylünün, Hatice Çecelinin, Süheyla Tuncayın və Gönül Sezerin müxtəlif əsərləri təqdim olunacaq.

Sərgidə nümayiş olunacaq əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də bu rəsmlərdə Azərbaycanın mənzərəsi, tarixi və memarlıq abidələrini əks etdirən süjet xətti də yer alıb.

"Kadıköy Sənətçilər Dərnəyi" 2000-ci ildə yaranıb. Dərnəyin tərkibində fəaliyyət göstərən qalereya qurumun üzvlərinin xarici ölkələrdə sərgilərini də təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə