“sharh.uz” saytında “Шуша – колыбель Азербайджанской музыки” adlı məqalə yer alıb
Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə Özbəkistanın "sharh.uz" aparıcı informasiya agentliyinin saytında "Шуша - колыбель Азербайджанской музыки" adlı məqalə yerləşdirilib. SİA-nın məlumatına görə, məqalədə Azərbaycan musiqisinin beşiyi olan Şuşanın Azərbaycanın mədəni və ədəbi həyatında rolu, habelə tanınmış şuşalılar haqqında məlumatlar və fotoşəkillər öz əksini tapıb. Məqalənin sonunda müəllif regionda yenidən sülhün bərqərar olacağına, Şuşada yenədə beynəlxalq musiqi festivallarının keçiriləcəyinə və Şuşanın yenidən Azərbaycanın abad, çiçəklənən və firavan diyarına çevriləcəyinə əmin olduğunu bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB