Nizami Kino Mərkəzində mayın 08-dən etibarən "Çin tapmacası", "Təcrübə: pislik" bədii filmlərin və "Kot Qrom i zakoldovannıy dom" 3d animasiya filminin nümayişinə başlanılır. Mərkəzdən SİA-ya verilən məlumata görə, Amerika və Belçika istehsalı olan "Kot Qrom i zakoldovannıy dom" animasiya filmini Ben Stassenin ssenarisi əsasında rejissor Ceremi Deqruson ekranlaşdırıb. Baş rolu aktyor Qrant Corc canlandırıb.
Hər şeyə maraq göstərən küçə pişiyi qoca ilyuzionist Lorensonun sirlərlə dolu evinə düşür. Çoxlu heyvan yaşayan bu evdə yeni sakini heş də xoş qarşılamırlar. Xüsusilə də dovşan Cek və siçan Minni ona qarşı şübhə ilə yanaşırlar. Lakin qoca Lorenso xəstəxanaya düşdükdə yaxın qohumunun onun evini satmaq istədiyini öyrənən heyvanlar, birləşmək məcburiyyətində qalırlar və evi xilas etmək planında əsas əziyyət pişiyin boynuna düşür.
Fransa istehsalı olan "Çin tapmacası" filmi dram, melodram və komediya janrında çəkilib. Rejissoru və ssenari müəllifi Sedrik Klapişdir. Cavanlığını ideal qadın axtarışına həsr etmiş Ksavye otuz yaşından sonra sakit həyat keçirir: Barselona Universitetində birgə oxuduğu ingiltərəli xanım Vendi ilə evlidir və onların iki övladları var. Ancaq gözlənilmədən Vendi uşaqları götürüb Nyu-Yorka gedir. Ksavye bir neçə aydan sonra onların dalınca gedir və əsil məcaralar orda başlayır.
Filmdə baş rolları Romen Dyuris, Odri Totu, Sesil de Frans və başqaları oynayıblar.
"Eksperiment: zlo" (Təcrübə: pislik) filmi ABŞ və Böyük Britaniya kinemotoqrafçılarının birgə işidir. Rejissor Con Poq və ssenari müəllifi Kreyq Rozenberqin çəkdiyi bu film dəhşət janrındadır. Baş rollara Cared Harris, Sem Klaflin, Erin Riçards, Oliviya Kuk və başqaları çəkiliblər.
İş prosesində, mübahisə doğuran metodlar istifadə edən professor və tələbələri, gənc qız üzərində təcrübə aparmağı qərara alır və onu dəli olmaq dərəcəsinə çatdırırlar. Bundan sonra mistik hadisələr baş verməyə başlayır. Professor və komandası bu təcrübəyə daha qorxulu və qaranlıq güclərin qoşulduğunu görür və buna qarşı gücsüz olduqlarını başa düşürlər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB