Bu gün “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinal şousu başlayacaq
Bu gün Bakı vaxtilə gecə saat 00:00-da "B and V" arenada "Eurovision-2014" mahnı müsabiqəsinin ikinci yarımfinal şousu başlayacaq. SİA-nın məlumatına görə, 59-cu "Eurovision" mahnı müsabiqəsində daha sonra Malta, Yunanıstan, İsrail, Norveç, Gürcüstan, Polşa, Avstriya, Litva, Sloveniya, Makedoniya, Finlandiya, İrlandiya, Belarus, İsveçrə, Rumıniya təmsilçiləri səhnə şoularını təqdim edəcəklər. Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcək. Sonra səsvermənin nəticələri elan ediləcək. İkinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Ənənəyə uyğun olaraq "Eurovision-2014" şousunun aparıcıları Liza Ronne, Pilo Asbek, Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayacaqlar.
Qeyd edək ki, "Eurovision-2014" mahnı müsabiqəsinin finalı 10 may tarixində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB