“Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan Kinosu” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Film Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan Kinosu" mövzusunda konfrans keçirib. SİA-nın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan və Azərbaycan kinosunun tanınmış simalarının, qonaqların iştirak etdiyi konfransda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan Kinosunun inkişafindakı rolundan, kino və kinosənətçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Respublikanın xalq artisti, respublika və SSRİ Dövlət mükafatları laureatı Şəfiqə Məmmədova, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə, tanınmış yazıçı Natiq Rəsulzadə və başqaları tarixi şəxsiyyət haqqında xatırələrini bölüşüb və onun milli kino sənətinə olan xüsusi münasibətini iştirakçıların nəzərinə çatdırıblar.

Qeyd edək ki, sonda "Salnamə" studiyasının lentə aldığı ümummilli lider Heydər Əliyevin ictimayi-siyasi fəaliyyətinə həsr olunmuş "Əbədiyyət yolu" sənədli filmi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə