Şuşanın işğalının 22-ci ildönümü ərəfəsində - mayın 7-də Akademik Zərifə Әliyeva adına Liseydə "Qarabağ" mövzusunda kompozisiyanın təqdimatı olub. SİA-nın məlumatına görə, əsərin sözləri Milli Məclisin deputatı Qənirə Paşayevaya, musiqisi Zümrüd Məmmədovaya aiddir. Mahnı Azərinin ifasında səsləndirilib.
Çəkilişi Xızı rayonunda aparılan klipdə Akademik Zərifə Әliyeva adına Liseyin şagirdləri iştirak ediblər.
Tədbirdə liseyin direktoru Məhəbbət Әliyeva, Milli Məclisin deputatları Qənirə Paşayeva, Flora Qasımova və digər çıxış edənlər bildiriblər ki, şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması məqsədilə çəkilmiş klipin məqsədi gənc nəsli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə hazırlamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB