Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixli 219 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb.

Tədbirlər planının müvafiq bəndinə əsasən 12-13 may tarixində Bakı Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Qeyd edək ki, sərginin açılışı 12 may, saat 11:00-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə