7 may, saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Ümummilli lideri H. Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş "Əbədi Gənc Bakı" adlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi "İçərişəhər" tarixi muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə böyük layihəsidir. Tədbirdə "Bakı-dünən, bu gün və sabah" videoçarxı, rəqəmli formatda "Qədim şəhərə səyahət" filmi və Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olunacaq. Məruzəylə "İçərişəhər" tarixi muzeyinin baş mütəxəssisi F.Seyidova çıxış edəcək. Tədbirdə, həmçinin T.Quliyevin, R.Hacıyevin, V.Mustafazadənin, F.Bədəlbəylinin, S.Ələsgərovun, F.Sücəddinovun və başqa bəstəkarların əsərlərindən ibarət konsert olacaq. Tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB